Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:51

-

«İlk Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacaq».

Bunu prezidentin köməkçisi Əli Həsənov iyunun 11-də Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Xəbəri «Trend» agentliyi yayıb.

Ə.Həsənov deyib ki, Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib:

«Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 25 ildən artıqdır ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur».

Prezidentin köməkçisinin fikrincə, Ermənistan yenə də təhdidlərini davam etdirir: «Sonuncu, Ukraynada, ondan əvvəl MDB-də baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz. Nə qədər ki, beynəlxalq qanunlar bütün münaqişələrin həllinə eyni qaydada tətbiq olunmur, bizi bu kimi hadisələr çox gözləyir».

Mətbuat konfransı prezident İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Şərhləri göstər

XS
SM
MD
LG