Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

Novruz Məmmədov tarixi hadisədən danışır


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Sabah (iyunun 12-də) bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq».

Bunu Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün «twitter» səhifəsində yazıb.

«Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar. Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək».

Novruz Məmmədov I Avropa Oyunlarında iştirak edən idmançılara uğurlar arzulayıb.

XS
SM
MD
LG