Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

Olimpiya obyektlərində suyun tərkibi yoxlanır


Bakı-2015
Bakı-2015

-

«Bakı 2015 I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədi ilə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin qurumları ilə birlikdə 20 olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib. Laboratoriya müayinələri aparıb».

Yeyinti məhsullarının və suyun laboratoriya təhqiqatını müasir tələblərə uyğun aparmaq üçün yeni laboratoriya cihaz və avadanlıqları alınıb. Mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilib.

Son dövrlərdə təşkil edilmiş, ən müasir avadanlıqla təchiz edilmiş toksikoloji laboratoriya, yeni diaqnostik vasitələrin istifadəyə verildiyi mikrobioloji laboratoriya hazırda tam gücü ilə işləyir.

Xəbəri Səhiyyə Nazirliyi yayıb.

Hazırda Əməliyyat Komitəsi tərəfindən akkreditasiya olunmuş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) 13 nəfər yüksəkixtisaslı mütəxəssisi gündəlik olaraq bilavasitə tədbirlərin aparılmasında iştirak edirlər.

«Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulmuş obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi müayinələri 72 su nümunəsində yoxlanılıb. Aparılan müayinələrin nəticəsində normalardan kənaraçıxmalar müşahidə olunmayıb».

XS
SM
MD
LG