Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:24

Laçın qaçqınlarının şikayətinə baxılır


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Gələn həftə-iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan və Ermənistanla bağlı 2 məsələ barədə dinləmələr keçiriləcək.

Şikayətlərdən biri Azərbaycan qaçqınlarındandır.

Laçından olan azərbaycanlı qaçqınlar 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın düşdüklərini, nəticədə öz mülkiyyətləri və ev-eşiklərinə dönə bilmədiklərini deyirlər.

Digər şikayət isə erməni qaçqınlardandır.

Onlar 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycanın keçmiş Şamuyan, indiki Goranboy rayonundan qaçqın düşdüklərini, bugünədək öz mülkiyyətləri və evlərindən məhrum olduqlarını, yaxınlarının qəbirlərinə baş çəkə bilmədiklərini deyirlər.

XS
SM
MD
LG