Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 02:22

Türkiyənin baş naziri istefa verdi


Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu iyunun 9-da prosedur qaydada istefa verib.

Amma yeni hökumət yaradılanadək vəzifəsini icra edəcək.

Bu barədə prezidentin ofisi məlumat yayıb.

Davutoglunun hakim "Ədalət və İnkişaf" partiyası iyunun 7-də keçirilən seçkidə parlamentdə çoxluğu itirib.

Qaydaya əsasən indi hakim partiya müxalifət partiyaları ilə koalision hökumət yaratmalıdır.

Amma parlamentə düşən partiyalar seçkidən sonra hakim partiya ilə koalisiyaya getmək fikrində olmadıqlarını bəyan ediblər.

Nəticələr elan edildikdən sonra prezident Recep Tayyip Erdoganın rəsmi qaydada Davutogluya yeni hökumət yaratmağı tapşıracağı gözlənilir.

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG