Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:12

Ukrayna hökuməti təcili iclas çağırıb


Ukraynada yanğın

Ukrayna hökuməti Kiyev vilayətindəki neft bazasında baş verən yanğına görə təcili iclas çağırıb.

Bunu hazırda baş nazirin səlahiyyətlərini icra edən Vyaceslav Kirilenko Twitterdə yazır.

Baş nazir Arseniy Yatsenyuk hazırda ABŞ-da 3 günlük rəsmi səfərdədir.

İyunun 8-də Vasilkiv şəhərinin ətrafındakı neft bazasında başlayan yanğın 16 yanacaq çəninə yayılıb və bir neçə güclü partlayış baş verib.

Son məlumatlara görə, 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Ətrafda yaşayan sakinlər ərazidən köçürülür.

Ölkənin bir sıra vilayətlərindən xilasedici və yanğınsöndürən qüvvələr cəlb olunub.

Daxili işlər nazirliyinin məlumatına görə, yanğın texniki səbəbdən baş verib.

Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının məlumatına görə, bu bazada 14 min tona yaxın neft məhsulları var.

XS
SM
MD
LG