Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Məşəl İçərişəhərdə gəzdiriləcək


Məşəl
Məşəl

-

«Bakı-2015» birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da «Alov qüllələri»ndən start verilib.

Trend-in məlumatına görə, məşəl alpinist Renat Rəhimxanovun müşayiəti ilə «Alov qüllələri»nin ən hündür nöqtəsindən aşağı endirilib.

Gün ərzində məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətiriləcək.

«Bakı-2015» məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayacaq.

Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətiriləcək.

Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl səyahəti sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

XS
SM
MD
LG