Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Bakı «Avropa haqqında düşüncələr»ə dalacaq


«Avropa haqqında düşüncələr»
«Avropa haqqında düşüncələr»

-

İyunun 10-da saat 15:00-də Muzey Mərkəzində Bakı-2015 birinci Avropa Oyunları münasibətilə «Avropa haqqında düşüncələr» adlı sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgidə görkəmli Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna aid olan əsərləri təqdim olunacaq.

Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və s. kimi görkəmli rəssamların adları var.

VaxtiləAzərbaycan rəssamlarının xarici ölkələrə, o cümlədən Avropa ölkələrinə yaradıcılıq səfərləri və həmin səfərlərin sonunda Bakıda təşkil olunan hesabat sərgiləri böyük bir hadisəyə, əsl sənət bayramına çevrilirdi.

Nümayiş olunacaq əsərlər son 20 ildə demək olar ki, heç yerdə sərgilənməyib.

Bəziləri ayrı-ayrı müəlliflərin sərgisində göstərilsə də, seçilmiş əsərlərin vahid kolleksiyası kimi ilk dəfə nümayiş olunacaq.

Sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə çatdırmaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG