Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 00:23

Pentaqon: İraq qüvvələri irəliləyir


İraq döyüşçüləri Bəycidə

-

İraq qüvvələri ABŞ koalisiyasının dəstəyi ilə Bəyci (Baiji) şəhərinə, yaxınlıqdakı neft emalı zavoduna təchizat xətti aça biliblər. Qüvvələr İslam Dövlətinə qarşı hücumlar həyata keçiriblər.

Bu şəhər və zavod Tikritdən şimalda, əsas Bağdad-Mosul yolu üzərindəki strateji qovşaqda yerləşir.

İyunun 8-də Pentaqon təhlükəsizlik qüvvələrinin həftəsonu şəhərin mərkəzinə girə bitməsi barədə məlumatları təsdiqləyib.

Polkovnik Steve Warren bildirib ki, ölkədə ən böyük neft emalı zavodunun və ya Bəyci şəhərinin “azad olunması”nı elan edə bilməz, ancaq “proqres göz önündədir”.

“Dost qüvvələr şəhərə daxil olmağa başlayıb... onlar düşmənin kökünü kəsməyə başlayıb,” o, deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG