Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Zahid Oruc bina yanğınında təxribatdan şübhələnir


Millət vəkili Zahid Oruc
Millət vəkili Zahid Oruc

Bununla belə Milli Məclisin Təhlükəsizlik komitəsinin üzvü AzadlıqRadiosuna müsahibəsində deyib ki, o faktlara yox, ehtimallara söykənir.

.

Gözlə

No media source currently available

0:00 0:07:06 0:00
Direct-ə keçid

Apreldə Xətaidə 9 mərtəbəli binanın ardınca, daha biri – Binəqədidə 16 mərtəbəli bina yanıb. Sonuncu yanğın 15 nəfərin ölümünə səbəb olub. Rəsmilər hər iki yanğının səbəbi kimi bina üzlüklərini göstərirlər. Amma bu binaların üzlükləri nədən və necə alışıb? Bu suallar hələki açıqdır. İyunun 5-də Sumqayıtda Heydər Əliyevin portreti, elə həmin ərəfədə Qaraçuxurda 4 avtomobil yanıb. Ötən gün - iyunun 7-də isə maşın bazarında yanğın oldu.

Milli Məclisin Təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc AzadlıqRadiosuna son yanğınlarla bağlı suallarını cavablayıb.

BU YANĞINLAR AZƏRBAYCANA QARŞI QƏSDLƏRİN TƏRKİBİ OLA BİLƏR

- Son bir ayda ard-arda baş verən yağınlar cəmiyyətdə bir sual doğurur. Bu təsadüfdür, ya qəsd?

“Son bir ayda baş verən yanğınların vahid bir zəncirin həlqələri olması fikrində deyiləm. Amma düşünürəm ki, 19 mayda Binəqədidəki yanğın kənar bir iradəyə bağlıdır. Düşünürəm bu yanğın sıradan bir hadisə deyil. Bundan sonrakı dönəmdə baş verəcək siyası hadisələrdən sonra çoxlarımız bu qənaətə gələcəyik. Kənar qüvvələr deyərkən, mən hansısa dövləti qaralamaq istəmirəm. Amma bu bölgə hər zaman müxtəlif qüvvələrin marağında olub. Buna görə də bizim ölkəni bəzən bir qovuşuq, körpü kimi yandırmaq daha çox sərfəlidir. Bu yanğınlar Azərbaycan əleyhinə qəsdlərin tərkibi də ola bilər”.

BUNUNLA MESAJ VERMƏK İSTƏYİRLƏR Kİ...

- Sizin dediyiniz kimi burada hər hansı kənar bir əl varsa, yanğınlarla hansı mesajı vermək istəyirlər?

Hər hansı hadisə terror kimi təhlil olunursa, bunun bir fəlsəfəsi var. Onlar istəyir göstərsin ki, hakimiyyət bizik, bizimlə hesablaşmalısız, diqtəmizə tabe olmalısız, şərtlərimizi qəbul etməlisiniz. Mənim anlamımda mesajın mənası budur. Azərbaycanın yürütdüyü müstəqil siyasətə qarşı durmaq, hansısa beynəlxalq sənədlərə qoşmaq, hansısa beynəlxalq prosesinin iştirakçısına çevirmək, anti-bloklarda yer etdirmək, neft-qaz resursu ilə bağlı qərarlara təsir göstərmək kimi qlobal səbəblər ola bilər. Amma hadisələr daxildə iqtidar və müxalifətin didişməsi kimi təzahür edir. Düşünürəm ki, bu baş verənləri 3-cü cinahdan zövqlə seyr edən qüvvələr də var.

ZƏRBƏNİN ÜNVANI TƏKCƏ İQTİDAR DEYİL...

- Azərbaycan hökuməti ən müxtəlif səviyyələrdə ölkədə təhlükəsizliyin təmin edildiyini bildirir. Son yanğınları kənar qüvvələrin törətməsi ehtimalı varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu müəyyənləşdirə bilirmi?

Düşünürəm ki, bu baş verənləri 3-cü cinahdan zövqlə seyr edən qüvvələr də var.

Azərbaycan öz təhlükəsizliyini təmin edir. İnşallah Avropa Oyunları da yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçiriləcək. Hüquq-mühafizə orqanları soyuqqanlı şəkildə bu məsələni araşdırmalıdır. Bununla bizə yeni beyinlər, kəşfiyyatçılar da lazımdır. Soyuq müharibədən daha ağır dönəmə daxil olmuşuq. Böyük dövlətlər, kiçik dövlətləri əzmək istəyir. Bu baxımdan son yanğınlar sadə, sıradan bir hadisələr deyil. Mən demirəm məqsəd Azərbaycanı yandırmaqdır. Zərbənin ünvanı təkcə Azərbaycan iqtidarı deyil.

QƏSDLƏRİN DAVAMI OLA BİLƏR...

-Bu zərbə kim tərəfindən gəlir?

Mən kəşfiyyat orqanlarında işləsəydim bir neçə versiyanı araşdırardım. Hər bir hadisənin deşifrəsi var. Hələki, Azərbaycan hakimiyyəti öz iradəsi ilə addımlarını atır. Görünür ki, onlar hələ istəklərinə çatmayıblar. Başqa cür hansısa, yumşaq desəm “spam”lar gözləyirəm.

- Bildirdiniz ki, bu hadisələrin hər birinin deşifrəsi var. Hansı deşifrələr var?

Görünən odur ki, Azərbaycan bundan sonra da öz müstəqil siyasətinin bədəlini ödəyəcək. Bizi zorla “seçiminizi edin kimin tərəfindəsiz” deməklə tərəflərdən birinə söykənməyə məcbur etmək istəyəcəklər.

Məsələnin, ardıcıllıq verilməli olan elementləri fərqlidir. O yanğınların biri kifayətdir. Sonra müstəvi siyasət və digər hadisələrə dəyişməlidir. Bu zaman fərqli hadisələrin arxasındakı şəkli görə bilərik. Bunlar mənim real faktlara əsaslanmayan ehtimallarımdır. Bəzi qərar sahibləri ilə fikir və narahatlıqlarımı da bölüşmüşəm. Görünən odur ki, Azərbaycan bundan sonra da öz müstəqil siyasətinin bədəlini ödəyəcək. Bizi zorla “seçiminizi edin kimin tərəfindəsiz” deməklə tərəflərdən birinə söykənməyə məcbur etmək istəyəcəklər. Basqılar artıqca ölkədəki təxribatlar da sinxron olaraq artacaq”.

- Bu ehtimallarınızı hüquq və mühafizə orqanları ilə bölüşmüsünüzmü? Cavab nə olub?

Bu mənim bir vətəndaş, eləcə də Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü kimi vəzifə borcumdur. Təbii ki, bu təhlil, düşüncə ehtimallarımızı müvafiq qurumlara çatdırırıq. Cəbhədəki təxribatların “əsası” var. Düşmənlə üz-üzə dayanılıb. Amma Bakıda, mərkəzdə təxribatlara hansısa “əsas” qazandırmaq çətindir.

XS
SM
MD
LG