Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:23

İranda içki düşgünləri müalicə olunacaq


Foto arxiv

Spirtli içkilərin qadağan olduğu İranda içki düşgünlüyündən əziyyət çkənlər üçün 150 müalicə mərkəzi açılması planlaşdırılır.

Bu barədə İSNA agentliyi səhiyyə nazirliyinə istinadla xəbər verir.

İran hakimiyyətinin məlumatına görə, hazırda ölkədə içki düşgünlüyündən əziyyət çəkən 200 min adam adam var.

Xristianlar istisna olmaqla 1979-cu il İslam inqilabından bu yana İranda spirtli içkilər qadağandır.

Amma buna baxmayaraq gizli sexlərdə spirtli içkilər istehsal edilir və keyfiyyətsiz içkilərdən dəfələrlə ölüm halları baş verib.

Bundan başqa ölkəyə qonşu Türkiyə və İraqdan gizli yollarla spirtli içkilər gətirilir.

Qanunu pozanlara qarşı cərimə, şallaq, həbs və hətta edam cəzası kəsilə bilər.

XS
SM
MD
LG