Robert Hossein:"Ona görə ki, mənim atam azərbaycanlıdır"
Məşhur fransız aktyoru Robert Hossein Bakıda deyib ki, "Mən Azərbaycan barədə danışanda,Bakının küçələri ilə gəzəndə gözlərim dolur. Bilmirəm niyə? Yəqin ona görə ki, mənim atam azərbaycanlıdır".Robert Hossein 50 il qabaq məşhur"Anjelika" filmində Joffrey de Peyrak rolu ilə milyonların sevimlisi oldu.Hazırda onun 88 yaşı var
Zəlimxan Yaqubun parodiyası http://t.co/nUo67sgdTO #AzadliqLiveTV
— AzadliqRadiosu (@RadioAzadliq) 11.6.2015
Prezident ailəsinə bağlı 8 bank
"Prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank (bu yalnız sənədlərlə sübut olan banklardır) ölkə bank sektorunun hardasa 20 faizini əhatə edir. Bu bankların aktivləri 3 milyard dollardan artıqdır. 8 bankın 2013-cü il üzrə hesabat sənədləri üzrə hesablamalara görə, bu bankların həmin ildə ümumi gəlirləri haradasa 108 milyon dollar olub."OCCRP-in yeni araşdırması
Bu gün Avropa Oyunları başlanır
İyunun 12-dən 28-dək Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı mübarizə aparacaq.