Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 18:40

AzadlıqLive-Tbilisidə daşqında heyvanlar zooparkdan qaçıb(video)

AzadliqLive-da iyunun 14-də bu və digər mövzuları müzakirə edirik

16:39 10.6.2015

Həbsxanada ingilis dili kursları

Gürcüstanda dustaqlara ingilis dili kursları başlanır. İlk kursları özü dustaq olan 2 ingilis dili müəllimi aparacaq. 2014-cü ildə həbsxanalarda 300 məhbus kompüter kurslarını bitirib.

17:03 10.6.2015

Bakının mərkəzindən aeropora avtobus xətti açıldı

Avtobus Səməd Vurğun bağından Heydər Əliyev hava limanına gedir. Gediş haqqı 1 manatdır.

17:13 10.6.2015

"Tənha çoban"ın yaradıcısı vəfat etdi

Dünyanın ən tanınmş bəstəkarlarından olan James Last 86 yaşında Floridada vəfat edib. Alman bəstəkarının ən məşhur mahnısı "Tənha çoban" idi.

17:28 10.6.2015

Rusiyadan Azərbaycana 1 milyard 374 milyon dollar

2014-cü ildə Rusiyadan Azərbaycana bank yolu ilə 1 milyard 374 milyon dollar göndərilib. Bu 2013-cü ildəkindən 4 milyon dollar azdır. Uzun illərdir Rusiyada yaşayan İlham Əsədov:" Əvvəllər aya 500 dollar göndərirdiksə, indi 300-400 dollar göndəririk"

Davamı

XS
SM
MD
LG