Dogan qrupa məxsus kanalları Azərbaycan kabel televiziyasından yığışdırır
Hakimiyyət Doğan qrupa məxsus kanalları kabel TV-lərdən yığışdırır. 2-3 gündür ki, KATV-də ən azı 3 türk kanalı başqa kanallarla əvəz olunub. Hər 3 kanal Doğan qrupuna məxsusdur. Çıxarılan kanallar bunlardır: Kanal D, S-Haber və CNN-türk.
50 məhbus Ombudsmana müraciət edir
Ombudsman Xələc həbsxanasının 50-dən artıq məhbusunun müraciətini araşdırır. AzadlıqLive-da
Avropa Oyunlarının Bakıya gətirdiyi pozitiv dəyişikliklər
Küçələrdə dəstə-dəstə boz kostyum, ağ köynək, tünd qırmızı qalstuk taxmış qadınlar və kişilər görmək olur. Yaxalarına vurulan polis yazısını görməsən, onların polis olduğunu ağlına belə gətirməzsən. Ənənəvi polisə qətiyyən oxşamırlar, özləri də çox nəzakətli davranırlar. Ya da kondisionerli metro vaqonları. İndiyə qədər camaat basabas vaqonlarda havasızlıqdan boğulurdu. İndi kondisionerli qatarlar var. Avropa Oyunlarına görə hətta telefon, fotoaparat enerjisini doldurmaq üçün xüsusi qurğu da quraşdırılıb. WI-FI çox yerdə var. Əvvəllər zibilqabı görmədiyimiz küçələrdə zibilqabılar qoyulub, mərkəzi yollar bir neçə dəfə sökülüb-təmir olunub və s. Azadlıqlİve-da
Qazaxın kiçik bir kəndində böyük kredit qalmaqalı #AzadliqLiveTV http://t.co/5GAS7bkqqD via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 8.6.2015