Zəlimxan Yaqubun parodiyası http://t.co/nUo67sgdTO #AzadliqLiveTV
— AzadliqRadiosu (@RadioAzadliq) 11.6.2015
Robert Hossein:"Ona görə ki, mənim atam azərbaycanlıdır"
Məşhur fransız aktyoru Robert Hossein Bakıda deyib ki, "Mən Azərbaycan barədə danışanda,Bakının küçələri ilə gəzəndə gözlərim dolur. Bilmirəm niyə? Yəqin ona görə ki, mənim atam azərbaycanlıdır".Robert Hossein 50 il qabaq məşhur"Anjelika" filmində Joffrey de Peyrak rolu ilə milyonların sevimlisi oldu.Hazırda onun 88 yaşı var
Ronaldonun sosial mediada 158 milyon izləyicisi var
Forbes jurnalının son hesablamasına görə, sosial mediada ən populyar idmançı Cristiano Ronaldodur. Facebook, İnstragram,Twitterdə onun 158 milyon izləyicisi var. Bu, sonrakı yerlərdə olan Neymar və Messidən 65 milyon çoxdur. Forbesə görə, ən çox qazanan idmançı isə boksçu Mayweaterdir- son 12 ayda 300 milyon dollar.
Copa America 2015 başlanır
Çilidə futbol üzrə Cənubi Amerika birinciliyi olan Copa America başlanır. Birincilik iyunun 11-dən iyulun 4-nə kimi davam edəcək. Ulduzlardan Neymar(Braziliya), Messi(Argentina),James Rodriguez(Kolumbiya) yarışlarda iştirak edəcək. Yalnız Suarez(Uruqvay) hələ də öz yığmasında oynaya bilməz.