Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 02:14

AzadlıqLive-Tbilisidə daşqında heyvanlar zooparkdan qaçıb(video)

AzadliqLive-da iyunun 14-də bu və digər mövzuları müzakirə edirik

10:28 9.6.2015

Villa mahnı ilə sökülür

Prezident İlham Əliyevin göstərişindən sonra Bakıda- "Dostluq" parkında tikilmiş villalar sökülür. Söküntüyə Hacıbala Abutalıbov rəhbərlik edir. Traktorlar sökür, musiqiçilər mahnı çalır, Hacıbala Abutalıbov isə sevinir. Space TV-nin hazırladığl reportajı təqdim edirik

01:10 9.6.2015

Apple-in yeni musiqi xidməti

Apple yeni musiqi xidməti olan AppleMusic-i təqdim edib. İstifadəçilər internet vasitəsilə radiolara qulaq asa, mahnılar dinləyə, xoşlarına gələnləri ala və öz musiqilərini yaya bilərlər.Bu həm online dükandır, həm də sosial şəbəkə.Birinci 3 ayı pulsuzdur, qalan hər ayda abunə 10 dollardır.İyunun 30-da istifadəyə veriləcək.

00:39 9.6.2015

Ronaldonun anası cərimələnib

Madrid hava limanında Cristiano Ronaldonun 61 yaşlı anasının üstündə 55 min avro olub. O izah edə bilməyib ki, bu qədər nağd pul nəyinə lazımdır. O , polisə aparılıb və 600 avro cərimələnib.Ronaldonun həftəlik maaşı 350 min avrodur. Bunu El Mundo qəzeti yazır.

23:01 8.6.2015

Məşhur ekstrasens Juna vəfat etdi

Dünyanın ən məşhur ekstrasenslərindən olan Juna Davitashvili 65 yaşında vəfat edib. O, 2 gün komada olub. Juna vaxtilə yalnız əlləri ilə xəstələri sağaltması ilə məşhur idi. Onun müalicə etdiyi adamlar arasında vaxtilə SSRİ lideri Leonid Brejnev də olub.

Davamı

XS
SM
MD
LG