50 məhbus Ombudsmana müraciət edir
Ombudsman Xələc həbsxanasının 50-dən artıq məhbusunun müraciətini araşdırır. AzadlıqLive-da
Dogan qrupa məxsus kanalları Azərbaycan kabel televiziyasından yığışdırır
Hakimiyyət Doğan qrupa məxsus kanalları kabel TV-lərdən yığışdırır. 2-3 gündür ki, KATV-də ən azı 3 türk kanalı başqa kanallarla əvəz olunub. Hər 3 kanal Doğan qrupuna məxsusdur. Çıxarılan kanallar bunlardır: Kanal D, S-Haber və CNN-türk.
AKP uddu, Erdogan uduzdu
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən seçkidə hakimiyyətdə olduğu müddətdə ilk dəfə həlledici çoxluğu qazana bilməyib.
Özünün prezident səlahiyyətlərini son dərəcə artırmaq istəyən Erdoğan-a konstitusiyanın dəyişdirilməsi, bunu etmək üçünsə partiyasının mandatların üçdə ikisini qazanması lazım idi.
"Putin-Medvedev modeli" Türkiyədə keçmədi. Hazırkı seçkinin nəticələrinə görə AKP 40 faizdən bir qədər çox səs toplaya bilib, halbuki partiya 2011-ci ilin seçkilərində az qala 50 faiz səs toplamışdı.