Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 07:01

Bələdiyyə sədri və həyat yoldaşı öldürülüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanın Abşeron rayonunda qətl törədilib.


Məlumatı apa yayıb. Bildirilir ki, Saray qəsəbəsində bələdiyyənin xanım sədri və onun həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

BİR NƏFƏR SAXLANIB

Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs 1980-cı il təvəllüdlü Fədai Hüseynov saxlanıb.

Yerli saytların yazdığına görə, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan şəxs onu və həyat yoldaşı Vəfadar Həsənovu amansızlıqla qətlə yetirib.

Vəsilə Əbilhəsənovanın başı kəsilib, həyat yoldaşı isə güllə ilə ürəyindən vurulub. İzi itirmək üçün ev yandırılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Qətlə yetirilən xanım bələdiyyə sədrinin iyunun 8-də doğum günü imiş, 39 yaşı tamam olurmuş.

XS
SM
MD
LG