Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 17:27

İlham Əliyev Avropa Oyunları məşəlini qəbul edib


-

İyunun 7-də prezident İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015”in məşəlini qəbul etdi

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb. Məşəli prezidentə neftçi Nahid Nuriyev təqdim edib.

Prezident.az-ın xəbərinə görə, İlham Əliyev məşəllə Dənizkənarı Milli Parkda irəliləyib. Ora toplaşanlar “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” kimi şüarlarla prezidenti alqışlayıblar.

Prezident məşəlini Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlamış sayılır.

İlk Avropa Oyunlarının məşəli aprelin 26-dən Azərbaycanın hər bir guşəsini gəzib, yenidən bu gün Bakıya çatıb.

Avropa Oyunlarının açılışı iyunun 12-dədir.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG