Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 20:21

Sabah dolu düşəcək

Dolu
Dolu

-

İyunun 7-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimşək çaxa bilər. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.

Çimərliklərdə dəniz suyunun temperaturu 18-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Gecə 17-22, gündüz 27-32, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

This item is part of
XS
SM
MD
LG