Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:41

Bu həftəsonu neynəyəcəksən?


-

"Həftəsonları tunelləri sənətkarlara verin."

Bu həftəsonu neynəyəcəksən?

Hər beşinci gün Qərb ölkələrində camaat bir-birinə belə bir sual verir: “Bu həftəsonu neynəyəcəksən?” Hər birinci gün yenə də soruşurlar: “Həftəsonunu necə keçirdin?”

Çox həmvətənlərimiz bu sualı ilk dəfə eşidəndə təsadüfi sual olduğunu sanır, deyirlər: “Heç, elə-belə, evdəydim.” Sonra bu suallar o qədər çoxalır ki, hər beşinci gün və hər birinci gün, hər beşinci gün və hər birinci gün o qədər “Heç, elə-belə” – deyirsən ki, axırda özün bezirsən.

Həftəsonu nə isə etmək lazım imiş. Həftəsonuna hazırlaşmaq, plan qurmaq, məsələn, bir tədbir seçib ora getmək lazım imiş. Xalamgilə gedəcəm. Bəs deyil?

Bir dəfə şənbə günü uzanmışdım divanda, televizora baxırdım. Bu vaxt reklam göstərdilər: qara, gombul ayı divanda uzanıb televizora baxır, arxadan bir qadın səsi tamaşaçılara deyir: “Əgər siz həftəsonlarını bu ayı kimi keçirirsinizsə, onda bu televizordan alın.”

Belə bir mühit və təbliğatın nəticəsində qeyri-camaatda tərpəniş yaranır. Həftəsonlarını Azərbaycansayağı keçirməkdən, bazar günü bazara getməkdən başqa variantlar haqqında da fikirləşməyə başlayırlar.

İndi xariciləri qoyaq, keçək özümüzə, öz ölkəmizə. Lap tutalım, həftəsonu harasa getmək istəyirik! Hara gedək? Bizi qınamaq olarmı?!

Bakıda bütöv paytaxtda həftəyə bir, iki mədəni tədbir düşür ki, onu da bəyənib getmək istəmirsənsə, otur gözlə növbəti tədbir neçə vaxtdan sonra gələr. Yerdə qalır xalamgilə getmək, restoranda kabab yemək və bekarçılıq.

Həftəsonu keçirmək mədəniyyəti olan ölkələrdə gedilən tədbirlərin doxsan faizini Art tədbirləri tutur. Camaat boş, əylənmək istədikləri günləri ən maraqlı şəkildə doldurmaq üçün eyni vaxtda eyni şəhərdə keçirilən hər rəngdə, hər cibə uyğun min cürə tədbirə gedir.

Bunların da çoxu teatr, konsert, film, konseptual sənət qalereyaları, bağçılıq, müzakirə, muzey, muzeyin də hər cürü; elm muzeyi, seks muzeyi, silah muzeyi, oyuncaq muzeyidir.

Bizlərdə tədbiri mütləq əlində möhürü olan bir idarə, təşkilat keçirməlidir. Sən, mən yığışıb tədbir keçirə bilərikmi? Tədbiri mütləq əlində möhürü olan bir idarə, təşkilat keçirməlidir.

Rəiyyət, adi sənətkarlar özləri bir yerə yığışıb təşəbbüs göstərərlər, ancaq onda da pulsuz zal tapa bilmirlər.

Harda keçirsinlər? Zalların icarə qiymətləri bahadır.

Xaricdə pulsuz zal istəyən vətəndaşlar həftəsonları gediş-gəlişsiz olan tunellərdə toplaşırlar. Tunel bağlatdırırlar, necə ki, bizlər restoran bağlatdırırıq.

Yarıqaranlıq nəm tunellər bir dənə rəngli lampanın çalarıyla, bir neçə karton arakəsməylə istifadəsiz gediş-gəliş yolundan “underground artist”lərin sənət ocağına çevrilir.

Tunelə giriş pulsuz olur, karton "otaq"lardakı göstərilərə giriş qiymətləri 2-3 manat. Bir dənə də uşaqla gələnlər üçün qayçı və kağız-kuğuzla dolu masa, onun da qiyməti 1 manat.

Azad incəsənətin yeddi növü eyni vaxtda bir tuneldə yüzlərlə adamı nurlandırır.

Dünyanın ən bahalı konsert və tamaşa salonları olan şəhərlərdə ucuzvari tədbirlər keçirməyin bir yolu tunellərdə toplaşmaqdır. Elitar və kütləvi sənət beləcə, dinc, yanaşı yaşayır.

Təki tədbir olsun. Təki həftəsonu maraqlı bir yerə gedə bilək.

Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG