Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Bakıda eşitməyən uşaqlar əməliyyat olunur


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə «Koxlear implantasiya» əməliyyatı icra olunub.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında «Daxili qulağın protezləşməsi» əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyi ilə anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsini bərpa olunur.

Universitetdən verilən məlumata görə, iyunun 4-də Tədris Cərrahiyyə Klinikasında 3 və 4-yaşlı iki uşağın üzərində aparılan əməliyyat uğurla nəticələnib. İyunun 5-də isə 2-yaşlı daha bir uşaq əməliyyat olunub.

Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri Yusif Hacıyevin rəhbərliyi və iştirakı ilə aparılır.

Y.Hacıyev bildirir ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqların valideynlərinə mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür: «Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür».

XS
SM
MD
LG