Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 05:52

Fransalı yazıçılar Bakıya gəlir


Foto illüstrasiya

-

İyunun 7-də Fransanın 11 tanınmış yazıçısından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, səfər bu qurumun və Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə gerçəkləşdirilir.

Səfər nəticəsində yazıçılar Azərbaycana aid novellalar yazacaq və novellalar Fransada fransız dilində çap olunacaq.

Kitabın gələcəkdə Azərbaycan, rus və ingilis dillərinə çevrilməsi planlaşdırılır.

QonaqlarınŞamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri də təşkil olunacaq.

Fransalı yazıçıların Azərbaycana səfəri iyulun 15-də başa çatacaq.

XS
SM
MD
LG