Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:10

Bakıda külək, rayonlarda leysan olacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 6-da Bakıda küləyin sürəti güclənəcək. Bəzi bölgələrdə isə leysan yağacaq, dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq. Arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Günün ikinci yarısında yarımadanın bəzi yerlərində küləyin sürəti saniyədə 25-30 metrədək artacaq.

Gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 6-da axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq. Yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan olacaq, dolu düşəcək.. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-26 dərəcə isti olacaq.

XS
SM
MD
LG