Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:01

«Büdcə 10-11 milyard dollar olmalıdır, 5-6 milyard yox»


Millət vəkili Pənah Hüseyn
Millət vəkili Pənah Hüseyn

Müsavat Partiyasının başqanı İsa Qəmbər parlamentdə müzakirə olunan büdcə layihəsinin qeyri-şəffaf, partiyasının deputat qrupunun parlamentdəki danışıq müddətinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini isə biabırçılıq adlandırıb. Noyabrın 10-da keçirilən mətbuat konfransında İsa Qəmbər deyib ki, normal ölkələrdə bu cür müzakirələrdə bütün siyasi qüvvələr iştirak edir.


Müsavat Partiyasından olan millət vəkili Arzu Səmədbəyli isə bildirib ki, hazırda müzakirə olunan büdcə layihəsi hökumətin güclənməsinə xidmət edir.


Millət vəkili Pənah Hüseyn isə dedi ki, ölkənin büdcəsi 10-11 milyard dollar arasında olmalıdır, 5-6 milyard yox. Pənah Hüseyn hesab edir ki, büdcənin tən yarısını hökumət mənimsəyir.


Müsavatdan olan başqa bir millət vəkili İltizam Əkbərli isə deyib ki, neft gəlirləri büdcədə dəqiq göstərilmir. Onun sözlərinə görə, tikinti, müdafiə və bir sıra digər xərclər də daxil olmaqla büdcənin yarısı gizlin saxlanır.


Müsavat deputat qrupun üzvü olan 5 millət vəkili noyabrın 9-da 2007-ci ilin dövlət büdcəsi müzakirə edilərkən parlamentin iclasını tərk etmişdi. Buna səbəb iclasın əvvəlində parlamentin spikeri Oqtay Əsədovun reqlamenti dəyişməyi və dövlət büdcəsi layihəsi ilə bağlı deputatların çıxışının 10 dəqiqədən 5 dəqiqəyə endirməsi təklifi olub. Buna etiraz edərək, «Müsavat»ın deputat qrupunun üzvləri: Pənah Hüseyn, Arzu Səmədbəyli, Nəsib Nəsibli, İltizam Əkbərli və İkram İsrafilov zalı tərk etmişdi.


XS
SM
MD
LG