Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Bakı-Ələt yolunda hərəkət məhdudlaşdırılır


Bakı-2015

-

İyunun 4-də saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun «Lökbatan dairəsi»ndən Bibiheybət məscidinədək olan hissəsində «Oyunlar zolağı» yenidən rənglənəcək.

«Azəryolservis» ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

«Azəryolservis» ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Eni 3.75 metr olan «Oyunlar zolağı»nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində təyin edilən yerlərdə Bakı-2015 Avropa Oyunlarının loqotipinin şəkli çəkilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən «Oyunlar zolağı»na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG