Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:03

Prezident Respublika Stadionunda olub


Tofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu

-

İyunun 4-də prezident İlham Əliyev və xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.

prezident.az-ın məlumatına görə, kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar.

Məlumatda oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrıldığı da bildirilir. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub.

Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur.

Avropa Oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda, qarışıq qrup şəklində Olimpiya Oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal dəsti təqdim olunacaq. Kamandan oxatma yarışları, həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.

XS
SM
MD
LG