Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 03:49

Instagram-a «satın al» düyməsi əlavə olunur

Foto illüstrasiya
Foto illüstrasiya

-

Facebook-un «Instagram» foto paylaşım şəbəkəsi özünün yeni reklam modelini hazırlayıb.

Bu barədə «biznes üçün Instagram» bloqunda məlumat verilir.

Məlumata əsasən, «Instagram»a yaxın zamanda «satın al», «yüklə», «üzv ol» düymələri əlavə ediləcək.

Yeni xidmətlə reklamçılar məhsullarını birbaşa «Instagram»dan sata biləcəklər.

Alıcılar da məhsul haqqında ətraflı bilgi ala biləcəklər.

«Instagram» reklamları, Facebook-da olduğu kimi, istifadəçilərin yaşına, cinsinə, maraqlarına, yaşadığı ölkəyə görə təqdim edəcək. Bu da imkan verəcək ki, məhsul potensial müştəriyə ünvanlansın.

This item is part of
XS
SM
MD
LG