Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

«Savadlılar TQDK-nın imtahanına girmirlər»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bunu «Bizim Yol» qəzetinə abituriyent hazırlığı ilə məşğul olan «Hədəf» Kurslarının həmtəsisçisi Şəmil Sadiq deyib.

«Tanıdığım şagirdlər arasında çox istedadlı olanların əksəriyyəti «IELTS»dən, «TOEFL»dan yüksək bal alaraq TQDK-nın imtahanına girmir, xarici universitetlərə sənəd verirlər. Güclü uşaqlar xarici universitetlərə meyl edir. Çox savadlıdır, ancaq burada TQDK-nın imtahanına girmir. IELTS-dan balını alıb oturub. Bilir ki, xarici universitetlərdən birinə qəbul olacaq» - Şəmil Sadiq bildirib.

15 NƏFƏRİN ÖLÜMÜNƏ BAİS OLAN ŞİRKƏTİN RƏHBƏRİ İLƏ BAĞLI ŞOK FAKTLAR

«Azadlıq» qəzeti yazır ki, Miryusif Mahmudovun «M-line» MMC-si dövlət qurumlarının mebel təchizatında monopolist imiş.

«M-line» MMC-nin Sahibkarlığa Kömək Milli Fondundan ötən il 5 milyon manata yaxın güzəştli kredit aldığını eşidəndən sonra onun sahibsiz olması fikrini unutduq. Həm də ona görə ki, reportajlarda ağız dolusu dövlətin sahibkarlara atalıq qayğısından danışdılar və bu fabrikin açılmasını da onun nümunəsi kimi qələmə verdilər.

İlham Əliyev Hökməli qəsəbəsində «M-Line» fabrikinin açılışında - 21 fevral 2011
İlham Əliyev Hökməli qəsəbəsində «M-Line» fabrikinin açılışında - 21 fevral 2011

«M-line» MMC-yə 5 milyon manata yaxın güzəştli kredit verilib. Hansı həqiqi sahibkar indiyə kimi fondun böyük kreditlərindən faydalanıb? Varmı beləsi?

MMC-nin saytında göz deşən aşağıdakı siyahıda adları çəkilən obyektləri mebellə «M-line» təchiz edib, buna şübhə yoxdur. Bu siyahıda 17 Heydər Əliyev Muzeyi var. Həmin muzeylərin ərazisi ilə maraqlandıq. Saatlıdakı muzeyin ərazisi 223, Sabirabaddakı 480, Lənkərandakı 300, Tovuzdakı 200 kv.m-dir. Mebellərlə bağlı təxmini təsəvvür yarandığını güman edirik. Başqa böyük obyektlərin - Olimpiya Komplekslərinin, xəstəxanaların, hərbi hissələrin ərazisi daha böyükdür.

QƏDİM ATƏŞGAH MƏBƏDİNDƏ ALOVLANDIRILAN SÜLH, BƏRABƏRLİK VƏ DOSTLUQ MƏŞƏLİ

«Azərbaycan» qəzeti yazır ki, I Avropa Oyunları təkcə ilkə imza atmaq deyil, həm də bədbinliyə qapılmağa başlayan cəmiyyətlərdə sabaha inam, sağlam ruhlu rəqibliyin faydalı əməkdaşlığa keçməsi fürsətidir.

Bakı
Bakı

«Bu gün Azərbaycan hər an dəyişir, inkişaf edir, güclənir. Bu dəyişikliklər insanlarımızın həyata baxışlarına, zövqlərinə, istək və arzularına, maraqlarına ciddi şəkildə öz müsbət təsirini göstərir. Azad, müstəqil, tənqidi düşüncə tərzinə malik Azərbaycan vətəndaşları öz talelərini müstəqil həll etməkdə israrlı, inamlıdırlar. Təəssüf ki, xalqın bu istəyi, dövlətinin güclənməsi, dünyanın hər yerində öz vətəndaşına sahib çıxmaq cəhdi bir sıra xarici dövlətin bəzi siyasi dairələrində kəskin etirazlara səbəb olur. Sanki «göygöz kosa»nın əlləri uzaq, gözəgörünməz məkandan uzanaraq körpəni elə beşikdəcə boğmağa çalışır».

Qəzet yazır ki, Azərbaycan hamıya açıq ölkə, açıq cəmiyyətdir: «Bəs, niyə Azərbaycana gəlmək istəyənlərə çağırışlar edirlər ki, o ölkəyə getməyin? Şər, böhtan xarakterli məlumatlar bəzi «beynəlxalq QHT-lər» tərəfindən müxtəlif ünvanlara ötürülür. Çünki onlar qorxurlar. Qorxurlar ki, insanlar gəlib həqiqəti özləri görəcəklər və Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişin, qondarma, məkrli «erməni soyqırımı» kimi milyardlıq layihələrin müəlliflərinin iç üzü açılacaq».

Foto illüstrasiya. «Mercedes-Maybach»
Foto illüstrasiya. «Mercedes-Maybach»

BAKIDA SATILAN ƏN BAHALI AVTOMOBİL

Bakıda daha bir lüks avtomobil satışa çıxarılıb. avtosfer.az saytı xəbər verir ki, turbo.az saytında «Mercedes-Maybach S-Class 500» markalı maşının satışı haqqında elan yerləşdirilib.

2015-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib. «Mercedes-Maybach S-Class 500» markalı avtomobili 8-silindirli, 4.7 litr həcmində, 456 at gücündə mühərrik (Twin-Turbo) ilə təchiz olunub. Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5 saniyə sərf edir.

Maşının maksimal sürəti saatda 250 kilometr, qiyməti 331 min 266 AZN-dir.

XS
SM
MD
LG