-
Avropa Oyunları ərəfəsində Azərbayana gələn Molla Nəsrəddin Heydər Əliyev adına Hava limanında- pasport kontrolunda saxlanıb. Molla Nəsrəddinin «Azərbaycana keçmək niyə olmaz» sualına belə cavab verirlər:
«Ə bə dedim axı, «molla» olmaz. Rəis tapşırıb. Oyunlar vaxtı «yas» da, «kəbin» filan da olmaaaaz!!!»
Bəs görəsən nə etmək olar, nə etmək olmaz?
Çətinliklə olsa da Azərbayana keçən Molla Nəsrəddinin Bakı yolunda növbəti problemlə üzləşir. Eşşək yollarda avropalı qonaqlar üçün ayrılmış sarı zolağa daxil olmaq istəyir. Molla isə eşşəyinə deyir ki, «özünü hara soxursan? Adamlar saatlarla yol gözləyir, sən də özünü Avropeyski qonaqların yoluna soxursan?»