Keçid linkləri

2017, 25 Fevral, şənbə, Bakı vaxtı 22:01

Çində batmış gəmidə 430 nəfər itkin düşüb


Xilasetmə işləri davam edir

Xilasetmə işləri davam edir

-

Çinin dövlət mediası xəbər verir ki, Yangtze çayında batan gəminin axtarışları iyunun 3-də gecə davam edib. 430 sərnişin hələ də tapılmayıb.

Xilasetmə işlərində 4600-dən çox adam iştirak edir. Gəmi tufana düşüb batmışdı.

Hələlik 14 nəfər xilas edilib, 13 nəfərin öldüyü təsdiqlənib. Gəmidəki 456 nəfərdən çoxu hələ tapılmayıb. Onlar əsasən turistlər idilər.

Çinin baş naziri Li Keqiang xilasetmə işlərini gücləndirməyə çağırıb.

Xinhua agentliyinin məlumatına görə, qəza elə sürətlə baş verib ki, kapitan SOS siqnalı belə göndərə bilməyib.

Görünür, bu qəza Çində son 70 ilin ən ağır gəmi qəzası sayılacaq. 2014-cü ildə Cənubi Koreyada bərə qəzasında 304 nəfər ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG