-
Baş nazir Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
Neft Fondunun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, baş nazir Artur Rasizadə iyunun 1-də Müşahidə Şurasının keçirilən iclasında yenidən qurumun sədri postuna seçilib.
İclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Neft Fondunun 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Fondun 2014-cü ildə fəaliyyətini məqbul hesab edib.
Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsi təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim ediləcək.