-
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb.
Bu barədə nazirin birinci müavini İltimas Məmmədov məlumat verib. Onun dediyinə görə, qərarın qəbul edilməsində məqsəd 1-ci Avropa Oyunları ilə bağlı istifadəçiləri problemsiz mobil rabitə ilə təmin etməkdir.
«Mobil cihazların qeydiyyatdan keçirilməsi» elektron xidməti hazırda «Elektron Hökumət» portalı üzərindən fəaliyyətdə olan aktual xidmətlərdəndir. Vətəndaşlar xarici ölkələrdən aldıqları mobil cihazları bu xidmət vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Bu il «Mobil cihazların qeydiyyatdan keçirilməsi» elektron xidmətindən 223 min dəfə istifadə olunub.
«Elektron Hökumət» portalında «Mobil cihazların IMEI kodunun yoxlanılması» ən çox istifadə edilən xidmətlərdəndir. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və qeydiyyatı barədə informasiya əldə etmək olar.