Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

-

İyunun 2-də Parisdə İslam Dövləti (İD) silahlı qruplaşması ilə vuruşan beynəlxalq koalisiyanın xarici işlər nazirləri görüşür. Görüşdə İraqın Ramadi şəhərini İD silahlılarından geri almaq planları müzakirə olunacaq.

İraqın baş naziri Haider al-Abadi hökumətinin bu istiqamətdə planları, yardım üçün koalisiya tərəfdarlarının nə edə biləcəyindən danışacaq.

Toplantıya 20 Qərb və Yaxın Şərq ölkəsindən nazirlər qatılacaq.

“Ramadi böyük zərbə oldu,” Fransa diplomatik mənbəsi bildirib. “İraqda hər kəsin bu savaşın bir hissəsinə çevrilməyi vacibdir”.

Mötədil şiə olan Abadi sünni tayfa liderlərini bu savaşa qoşulmaq üçün dilə tutmalı olacaq.

Ramadinin süqutundan sonra 800 tayfa döyüşçüsü könüllü olaraq döyüşə qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG