Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:39

-

İraq hakimiyyəti bildirir ki, İslam Dövləti (İD) intiharçıları qərbi Ənbər vilayətində polis bazasına hücum edib, azı 41 polis və şiə döyüşçü həlak olub.

Polisin məlumatına görə, iyunun 1-də 3 intiharçı İraq ordusundan ələ keçirilmiş Humvee maşınlarını polis bazasına sürüb.

Hücumlar nəticəsində baza daxilindəki sursat deposunda böyük partlayış törədilib. Polis bazada şiə döyüşçülərin də olduğunu bildirir. Hücumda 60-dan çox təhlükəsizlik qüvvəsi üzvü yaralanıb. Xəstəxana rəsmiləri də itkiləri təsdiqləyib.

Bu arada İraq təhlükəsizlik qüvvələri Ənbərdə itirilən əraziləri İD-dən geri almağa çalışırlar. Ramadi də həmin ərazilər sırasındadır.

BMT-nin İraqdakı missiyası iyunun 1-də bildirib ki, ötən ay İraqda 1031 nəfər öldürülüb, 1648 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG