Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

XƏBƏRLƏR


Universitetlərində narkotiklərə «yox» deyiləcək

Narkomaniyaya və narkotiklərlə qanunsuz ticarətə qarşı Dövlət Mübarizə Komissiyası noyabrın 10-da ali məktəblərdə yeni kampaniyaya başlayır. «Yüzilliyin dərdi: narkomaniyaya yox» deviziylə aparılacaq kampaniya uyuşdurucu maddələrin gənclər arasında yayılmasının qarşısını almağa yönəlib.



Dünyanın ən yaşlı sakini azərbaycanlı ola bilər


Ölkə mediasında yayılan məlumatlara görə, Dərbənddə yaşayan Sərhəd Rəşidova yer üzünün ən yaşlı sakinlərinin rəsmi siyahısında adı 1-ci çəkilən amerikalı Liz Bouldeni əvəzləyə bilər. Sərhəd nənənin 131 yaşı var. Başqa sözlə, o, «Əkinçi» qəzetinin yaşıdıdır. «Çox yaşamağın sirri xeyirxah olmaqdır» - 1875-ci ildə doğulan və əslində dünyanın ən qocaman sakini sayıla bilən Sərhəd Rəşidova belə deyir.




«Balaca Motsart» Azərbaycan vətəndaşıdır


Türkiyənin «Kanal D» və «Şou TV» kanalları Bilkənt Universitetinin ayrıca məktəbində təhsil alan 8 yaşlı Elvin Qəniyevi «Balaca Motsart» adlandırıblar. Buna səbəb Xoca Mersin Universitetinin keçirdiyi yarışmada Elvinin skripkada usta ifaları olub. Türkiyənin «Hürriyyət» və «Sabah» kimi nüfuzlu qəzetləri də Elvin Qəniyevin ifaçılığını yüksək qiymətləndirərək onu «Ankaranın fəxri» adlandırıblar.


XS
SM
MD
LG