Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

19 dini icmaya 380 min manat


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

-

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmaları sədrlərinin iştirakı ilə toplantı keçirilib.

Bu haqda Komitədən apa-ya məlumat verilib.

Məlumatda deyilir ki, prezidentin sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstəriləcək. Bunun üçün də Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2.5 milyon manat vəsait ayrılıb.

Toplantıda Komitə sədri Mübariz Qurbanlı 2011-ci ildən dövlətin qeyri-islam dini icmalara maliyyə yardımı ayırdığını bildirib.

Həmin icmaların ölkədə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən Komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

M.Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb.

Komitə sədri Azərbaycanda tarixən də dini ayrı-seçkiliyə yol verilmədiyini və Azərbaycandakı tolerantlığın dünyaya nümunə kimi göstərilə biləcəyini bildirib:

«Azərbaycanın ictimai - siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai – siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq».

Daha sonra müxtəlif dini icma sədrləri çıxış edərək fikirlərini bölüşüblər.

XS
SM
MD
LG