Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 10:37

Məhkəmə Sirac Kərimlinin şikayətini təmin etmədi

Sirac Kərimli
Sirac Kərimli

-

İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi «vicdan məhbusu» Sirac Kərimlinin narkotik maddənin qanunsuz saxlanması və satışı ittihamı üzrə 6 il azadlıqdan məhrum edilməsi barədə hökmdən şikayətini təmin etməyib.

Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Müdafiə tərəfi Ali Məhkəməyə kasasiya şikayəti vermək niyyətindədir.

Sirac Müsavat Partiyasının fəalı Raqif Kərimlinin oğlu və həmin təşkilatın sədr müavini Fərəc Kərimlinin qardaşıdır. O, 6 il yarım müddətinə azadlıqdan məhrum edilib. Qardaşlar bir il öncə həbs olunublar.

«Amnesty International» təşkilatı Sirac və Fərəc Kərimli qardaşlarını «vicdan məhbusu» sayır.

This item is part of
XS
SM
MD
LG