Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 21:31

İlham Əliyev London meri ilə bp-dən də danışıb


İlham Əliyev
İlham Əliyev

-

Azərbaycan prezident İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrow-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

president.az-ın məlumatına görə, Alderman Alan Yarrow ölkədə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrow tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğulayıb.

İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib.

Prezident Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını söyləyib. O, Böyük Britaniya baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirdiyini bildirib.

Məlumatda deyilir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulanıb və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

XS
SM
MD
LG