Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:38

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

19:58 5.6.2015

Rəşid Məcid deyir ki, Əflatun Amaşov Facebook bağlansın deməyib

Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

19:43 5.6.2015

Rəşad Məcid "4" verir

«525-ci qəzet»in redaktoru Rəşad Məcidə görə, vəziyyət elə də dramatik deyil: «Azərbaycan mediası rəngarəngdir, ifadə, söz azadlığının məhdudlaşdırılmasından danışmaq yersizdir. Mən mətbuata bu gün beşlik şkala ilə «dörd» verirəm» - deyir.

18:25 5.6.2015

"Qoy, Mikayıl Cabbarov yuxarılara desin..."

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı imtahan nəticələrinə görə, Azərbaycan və rus bölməsi üzrə 31 min 9-cu sinif şagirdinin yarıdan çoxu ana dili və riyaziyyatdan “2” və “3” alıb. Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, Təhsil Konsepsiyası hazırlandı, amma bir müddəası da işləmir: “Qoy Mikayıl Cabbarov yuxarılara desin ki, niyə bu Konsepsiyanın bir müddəası da işləmir? Müəllimlərin attestasiyasını keçirdilər, manatın devalvasiyasından sonra cüzi maaş artımı oldu. Amma bilirsiz, bu, yerində qaçmağa bənzəyir, istəyirsən hansı sürəti yığırsan, yığ, yenə də yerində qaçırsan. Keyfiyyətli təhsilə pərakəndə şəkildə nail olmaq mümkün deyil”.

16:39 5.6.2015

İqtisadçı Rövşən Ağayev Facebook-da yazır

Bunu Üzeyir Bəyin arxivindən "sosial şəbəkələri qapadaq" deyən Mətbuat Şurasının sədrinə ərməğan edirəm... Sadəcə bu məqalədə “qəzet” sözünün yerinə “facebook” yazmaq olar.

Qəzet oxuyan (Felyeton)

Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”. Qəzet oxuyan müsəlman bütün aləmin əhvalından xəbərdar olur. Dünyanın bu başında oturub, a biri başında vaqe olan dürlü-dürlü hadisələri bilir. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütünlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətlərdən xəbərdar olur. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlman qəzet sütünlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Qəzet oxuyan müsəlman qəzetdən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlü təskinlik tapır. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”.
Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar; ürəkləri deşən qəm ələmdən xilas olub, təsəlliyab olmasınlar.
Bunlar hamısı “halaldır”…

Davamı

XS
SM
MD
LG