Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:13

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

17:46 2.6.2015

Başı mobil telefona qarışdı, ilanı ayaqladı

ABŞ-da Oklahoma ştatında birisinin başı mobil telefona o qədər qarışır ki, ilanı ayaqladığını görmür.

17:35 2.6.2015

Avropa Oyunlarına 200 manatlıq biletlər tamamilə satılıb

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend agentiyinə bildiriblər ki, bütün sektorlar üzrə, əsasən də 200 AZN-lik biletlər tamamilə satılıb. Hazırda satışda 100 AZN və 50 AZN dəyərində biletlər var. 20 AZN-lik biletlər də tamamilə satılıb. Ən çox bilet satılıan idman növləri gimnastika, güləş, üzgüçülük və boksdur.

16:23 2.6.2015

Hüquqşünas: Rayon maşınlarının Bakıya buraxılmaması qanunsuzdur

Hüquqşünas Ələsgər Məmmədli:" dövlət yol polisinin rayon dövlət nişanlı avtomobilləri Bakıya buraxmamasına dair tətbiq etdiyi məhdudiyyət Konstitusiyaya birbaşa ziddir.Konstitusiyanın 28-ci maddəsində deyilir ki: " Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər...". Diqqət çəkən bir məqam da odur ki, ortada sözügedən qadağa ilə bağlı rəsmi qərar da yoxdur. “Bütün axtarışlara baxmayaraq qərarı tapa bilmədim” deyən Ələsgər Məmmədli qeyd edir ki, görünən yalnız mətbuatda yayılan informasiya və onun tətbiqidir, halbuki normativ aktlara görə tətbiq olunan norma yalnız yayıldıqdan sonra qüvvəyə minə bilər. Hüquqşünas sözügedən normanın yayılmadığını deyir.

Davamı

​
XS
SM
MD
LG