Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 17:41

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

17:52 1.6.2015

Uşaqları nə xoşbəxt edir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. AzadlıqRadiosu Bakıda rastlaşdığı uşaqlardan onları nəyin xoşbəxt edə biləcəyini soruşub

Uşaqları nə xoşbəxt edir
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

​

17:02 1.6.2015

Yanan binada hər ailəyə 15 min manat iyunun 1-dən verilməyə başlayır

Xətai rayonunda yanmış binada mənzili olan ailələr iyunun 1-dən onlara ayrılan pulu almaq üçün Bakı şəhər icra hakimiyyıtinə müraciət edə bilərlər. Bu ailələrin hər birinə 15 min manat ayrılıb. Bunu apa-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O, bu məqsədlə 1 milyon manat ayrıldığını deyib. Bu il aprelin 10-da Bakının Xətai rayonunda, Zığ şosesi, 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında güclü yanğın olub.Bina hazırda dövlət hesabına təmir olunur.

16:28 1.6.2015

Realın yeni məşqçisi Benitez olmalıdır

Real Madridin növbəti baş məşqçisi Rafael Benitez olacaq. İspaniya mediası Realın vitse-prezidentinin dediyini buna təsdiq sayır. Ediardo de Bla deyib ki, Ancelotti fenomendir, dünyada ən yaxşı məşqçi idi, ümid edirəm ki, Benitez də belə olacaq. Ancelotti istefaya göndəriləndən sonra Realda baş məşqçi yeri boşdur. 55 yaşlı Benitez 2001 və 2004-cü illərdə Valencia ilə İspaniya çempionluğunu və UEFA kubokunu, 2005-ci ildə Liverpulla Çempionlar Liqası kubokunu alıb. Napolinin məşqçisi olan Benitez bu klubla 2014-cü ildə İtaliya kubokunu qazanıb.

14:26 1.6.2015

Konsertdə dronu tutmaq istəyən Enrique İglesias yaralanıb

40 yaılı məşhur ispan müğənnisi Enrique Iglesias Meksikada konserti qan içində tırk edib. O , konserti çəkən dronu əli ilə tutmaq istəyəndə 2 barmağını zədələyib. Müğənnini xüsusi təyyarı ilıə Los Ancelesı çatdırıblar.Hazırda onun durumu yaxşıdır.

Davamı

​
XS
SM
MD
LG