Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdür


Foto illüstrasiya
Foto illüstrasiya

-

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də keçirdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Həmin tədbirdə qərara alınıb ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr edilsin.

Elə o zamandan da iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Azərbaycan 1992-ci il iyulun 21-dən BMT-nin «Uşaq hüquqlarına dair» Konvensiyasına qoşulub. 1998-ci il mayın 19-da uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə «Uşaq hüquqları haqqında» qanun qəbul edilib.

Azərbaycanda 2 milyon yarımdan çox uşaq var.

XS
SM
MD
LG