-
Tacikistan hökuməti ABŞ-da təlimlərdə olmuş və indi İslam Dövlətinə qoşulduğu güman edilən yüksək vəzifəli polis əməkdaşıyla bağlı istintaqa başlayıb.
Xüsusitəyinatlı polis dəstəsinin keçmiş komandiri Gulmurod Khalimov bu həftə qara geyimdə internetdə yayılan videoda peyda olub. O, ABŞ-da 3 dəfə proqramlarda iştirak etdiyini söyləyib.
Dövlət Departamentinin mətbuat katibi Pooja Jhunjhunwala CNN-ə bunu təsdiqləyib:
“2003-2014-cü illərdə polkovnik Khalimov ABŞ-da və Tacikistanda terrorizmə qarşı mübarizəylə bağlı beş təlim kurslarında olub”.
Həmin videoda rus dilində danışan və Kahlimov olduğunu deyən şəxs bildirir ki, təlim zamanı gördükləri onu ABŞ əleyhdarına çevirib:
“Qulaq asın, ameriaklı donuzlar, mən 3 dəfə Amerikada olmuşam, mən sizin əsgərləri müsəlmanları necə öldürməyi öyrətdiyinizi görmüşəm” deyir Kahlimov
O daha sonra hədə qorxu gəlir: “Biz sizin şəhərinizi tapacaq, evlərinizə gələcək və sizi öldürəcəyik”.
Videoda o, həm də snayperlə təxminən 25 metr məsafəyə pomidor atır.
Tacikistanın prokuoru general Manuchehr Makhmudzod mayın 29-da elan edib ki, Khalimovun faəliyyəti ilə bağlı iş açılıb.