Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov


Mayın 31-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana rəsmi səfərə gedib. Səfər Qırğızıstanın Müdaifə nazirinin dəvəti ilə gerçəkləşib.

Səfər çərçivəsində Z.Həsənovun Qırğızıstan Müdaifə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub. Azərbaycan Müdaifə Nazirliyinin məlumatına görə, danışıqlar zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcəkdir.

XS
SM
MD
LG