Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

Ramiz Rzayev: «Rüşvət dövlətin əsasını sarsıdır»


Ali Məhkəmənin sədri Ramiz Rzayev, 8 avqust 2006
Ali Məhkəmənin sədri Ramiz Rzayev, 8 avqust 2006

«Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyəti məhkəmələrin qərarındandır». Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev belə deyir. Onun sözlərinə görə, son üç ildə onlara edilən müraciətlərin 98 faizi fərdi şikayətlərlə bağlıdır. Müxtəlif qurumlardan onlara göndərilən sorğuların sayı isə azalıb. Cənab Abdullayev noyabrın 9-da jurnalistlərlə söhbətində bildirib ki, daxil olan şikayətlərin əksəriyyəti məhkəmə qərarları ilə bağlıdır. Son bir ildə 14 vətəndaşın məhkəmələrdən olan şikayəti araşdırılıb və çıxarılmış hökmlər qüvvədən düşüb.


F.Abdullayev bildirir ki, il ərzində onlara 1300 şikayət daxil olub. Onlardan təxminən 350-i palataların, 15-i isə plenumun müzakirəsinə çıxarılıb. Fərhad Abdullayev dövlət başçısı İlham Əliyevin məhkəmələrin ünvanına söylədiyi iradların KM-ə də aid olduğunu etiraf edib: «Konstitusiya Məhkəməsi ümumi məhkəmə sisteminə daxil olduğu üçün ölkə başçısının iradlarını qəbul edirəm. Bu, bizim ünvanımıza da aiddir. Bəzi planlarımız var, çalışırıq işimizdə dönüş yaradaq».


Məhkəmələrdə rüşvət hallarının olmasını etiraf edən Ali Məhkəmənin sədri Ramiz Rzayev isə problemi yalnız inzibati yolla aradan qaldırmağın çətin olduğunu düşünür. Bu üzdən də o, vətəndaşları da diqqətli olmağa çağırır: «Bu bəla dövlətin əsasını sarsıdır. Hamı mübarizə aparmalıdır. Mətbuat da, cəmiyyət də, rəhbərlik də, məhkəmə də. İş gedir. Ancaq deyim ki, bütün məsələlər həll olunub, həqiqətə uyğun olmaz».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG