Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Bakıda «Sabir poeziya günləri» açılır


Sabir
Sabir

-

Mayın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində «Sabir poeziya günləri»nin açılış mərasimi keçiriləcək.

Nazirliyin yaydığı xəbərə görə, 1962-ci ildən hər il keçirilən tədbirdə tanınmış ədəbiyyat xadimlərinin çıxışları dinləniləcək, «Sabir» sənədli filmi nümayiş etdiriləcək, xanəndələrin ifasında muğam və mahnılar səslənəcək.

Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərini, xarici qonaqları bir araya gətirəcək tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək.

Poeziya günlərinin bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.

Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda doğulub.

«Sabir» onun çoxsaylı təxəllüsləri arasında ən məşhurudur.

Şair cəmi 49 yaşında-1911-ci il iyulun 12-də Şamaxıda ağır xəstəlikdən vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG