Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 05:05

“Ədəbi Azadlıq-2015” müsabiqəsinin tənqidi


Minə Rəşid
Minə Rəşid

-

Harada nəyi oxusam, gözlərim birinci şeir gəzir. Soz yığını, söz oyunu, kobud, eybəcər soz birləşmələri yox a, ruhu oxşayan bir parça, incə bir söz...

"Ədəbi Azadlıq" müsabiqəsinin şeir 20-liyinə keçməmiş yazar Minə Rəşidin OxuZalına göndərdiyi yazını olduğu kimi çap edirik.

Minə Rəşid

“Ədəbi Azadlıq-2015” müsabiqəsinin tənqidi

Bu müsabiqə ki var, adamı yaman intizarda saxlayır. Deyirsən birdən olar də, möcüzə-filan baş verər. Sən də axırdan bir yer tutarsan.

Ay tutdun a! Sonra o seçilənlərin şeirlərinə baxanda görürsən ki, bu yarışma bizim şairlərin arasında yox, Qərb şairləri arasında keçirilirmiş.

Çünki o cür şeirlər bizdə hekayəyə, esseyə, fəlsəfi düşüncələrə və sairə bənzəyir. Ramiz Rövşənin “Sevgi məktubu kimi” şeirini oxumamış olmazsınız. Şeir bax, elə olar.

Yəni hər kəsin yaza bilmədiyi kimi poetik və konkret. Daha özünü məcbur eləsən belə oxuyub bitirməyə səbrin çatmayan uuuzun bir, üzr istəyirəm, sicilləmə yox.

Narahat olmayın, mən o qafiyəbazlardan deyiləm. Amma indi heç o iri həcmli romanların da dövranı deyil. Nəinki müasir roman tipli şeir. Şeir gərək özü dolsun oxucunun könlünə və dönə-dönə oxunsun.

Həm də öz dərin mənası, içindəki fikirləri ilə. Uzun sözün qısası, rəfiqəm çox istedadlı qələm sahibi Hicran Hüseynovanı da bu müsabiqəyə qoşulmağa mən ruhlandırmışdım.

Söhbət təkcə bu müsabiqədən, nə də məğlubiyyətdən getmir. Müharibədən çıxsa da, hələ də içində amansız döyüşlər gedən torpağı düşmən əsirliyində olanlar üçün başqa nə məğlubiyyət?

Amma mən rəfiqəm kimi ruhdan düşmürəm, əksinə bir az daha güclənirəm. Axı Allahın izni ilə həyatda qazandıqlarımı özüm əldə etmişəm. Eh, bilsəniz mən necə mübariz, döyüşkən biriyəm! Birdən içimdən bir səsi eşidirəm. Mən nədən coşmuşam belə?

Ondan ki, şeiri çox sevirəm, çooox! Harada nəyi oxusam gözlərim birinci şeir gəzir. Soz yığını, söz oyunu, kobud, eybəcər soz birləşmələri yox a, ruhu oxşayan bir parça, incə bir söz.

Elə incə ki, ləçəyi könlümə toxunsun. Mən onu oxuduqca o mənim qəlbimi oxusun...

Minə Rəşidin "Ədəbi Azadlıq-2015" müsabiqəsinə göndərdiyi şeirlər

QƏFƏS

Hərə bir qəfəs düzəldib

Gördüm adamlar içində.

İnsan qəfəsə sığarmı

Allah verdiyi biçimdə?

Bu necə bir imtahandı

Cavabların hamısı heç?

Oğulsan çıx bu qəfəsdən

Oğulsan hər sınaqdan keç.

Uçan quşları qəfəsə

Həbs edib öldürən adam.

Məni də saldın qəfəsə

Qəlbimi görməyən adam.

HARA BAXSAN SAVAŞDI

Hara getsən beləcə

Bir qəm yeli əsəcək.

Düz qapının ağzında

Yol-izini kəsəcək.

İnsaf-mürvət itdimi

Adamların gözündən?

Dünya qara geyinər

Cahillərin üzündən.

Hara baxsan savaşdı

Körpələr qan içində.

Milyonlar hara axır

Müsəlmanın cibindən?..

XS
SM
MD
LG