-
Milli Məclisin yaz sessiyası öz işini yekunlaşdırıb.
Trend xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov qurumun ötən və bu ilə olan fəaliyyəti haqqında danışıb.
O deyib ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub: «Bu müddət ərzində 70-ə qədər nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub. Hesab edirəm ki, yaz sessiyası uğurlu keçib».
İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunub.