Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Dövlət büdcəsi müzakirəyə çıxarıldı


Milli Məclis
Milli Məclis

-
Mayın 29-da Milli Məclisdə ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub.

İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308.4 milyon manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1.7 milyard manat təşkil edib: «Yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 milyard 400 milyon 565.2 min manat, xərclərin 18 milyard 709 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1.5 milyard manat, təhsil xərcləri 1.554 milyard manat təşkil edib».

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və maliyyə naziri Samir Şərifov büdcənin icra vəziyyəti barədə hesabatlarını parlamentə təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

«ƏHALİNİN GƏLİRİ 39 MİLYARD MANATA ÇATIB»

Maliyyə nazirini Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair bildirib ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2.8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən qeyri-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2.9% artım deməkdir.

Samir Şərifov
Samir Şərifov

Qafqazinfo-nun məlumatına görə, Samir Şərifov qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72.3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib: «Hesabat dövründə orta aylıq əmək haqları 4.5% artaraq 444.3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4.8% artaraq 39.4 mlrd. manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3.5% olub ki, bu da inflyasiyadan 2.1% çoxdur».

S.Şərifov həmçinin deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: «Bu, nəzərdə tutulandan 16.6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100.1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20.063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93.3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib».

İcmal büdcəsinə toxunan nazir qeyd edib ki, 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985.9 mln. proqnoza qarşı 23 mlrd. 82.2 mln. manat və yaxud 105%, xərcləri isə 24,444 mlrd. proqnoza qarşı 21 mlrd. 417.7 mln. manata və yaxud 87.6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə profisiti yaranıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2014-cü ilin dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayaraq, onun müsbət dəyərləndirildiyini söyləyib.

XS
SM
MD
LG